Dünya

Bacısı zorlanan gəncdən dəhşətli intiqam - FOTO

27 Noyabr 2014 16:44
26 Şərh     Baxış: 16 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşlı oğlan dostunu küçədə amansızcasına öldürdü

Türkiyədə bacısını zorlayan dostunu öldürən şəxs tutulub.

Anspress-in məlumatına görə, Adana şəhərində 19 yaşlı Mehmet Atsatan özündən 11 yaş böyük olan dostu Erhan Günseli küçənin ortasında ov tüfəngilə güllələyib.

Daha sonra onun ölmədiyini görən gənc tüfəngin qundağı ilə dostunun başına bir neçə dəfə vurub. Kişinin başını parçalayan gənc daha sonra hadisə yerindən qaçıb. Lakin polisin axtarışları zamanı onu qohumlarının evində tapıblar.

Saxlanılan Mehmet Atsatan polisə verdiyi ifadəsində bildirib ki, uşaqlıqdan dostluq etdiyi 30 yaşlı Erhan Günseli namus üstündə öldürüb. Onun sözlərinə görə, Erhan Günseli onun 25 yaşlı bacısını zorlayıbmış.

Qeyd edək ki, Mehmet Atsatan küçədə səyyar kababçılıqla məşğul olur. Onunla Erhan Günseli uzun müddət dost olublar. Həm də Erhan Günseli onların evinə gəlib-gedən adam olub.

Bir müddət əvvəl Mehmet Atsatan bacısı 25 yaşlı A.A.-nın hamilə olduğunu öyrənib. Məlum olub ki, özünə yaxın bildiyi dostu onun bacısını zorlayıb. Məsələyə aydınlıq gətirmək üçün dostuna zəng vurub.

"Telefon söhbəti deyil, gəlirəm danışaq", - deyə dostu 19 yaşlı gəncin çalışdığı küçəyə gəlib. Söhbət zamanı Erhan Günseli gənc dostunu təhqir edib və itələyib. Daha sonra cibindən bıçaq çıxararaq, "bacın fahişədir, get onunla məsələni həll et", - deyə qışqırıb.

Bu zaman Mehmet Atsatan gizlətdiyi ov tüfəngini çıxarıb və dostunu güllələyib. Sonra onu öldürmək üçün başına bir neçə dəfə zərbə vurub.

Ən maraqlısı isə odur ki, gənc məhkəmədə verdiyi ifadədə peşman olduğunu bildirib: "Erhan Günseli böyük qardaş bilib və hər zaman onu əziz tutub. İndi onu öldürməyə çox peşmandır".

Məhkəmənin qərarı ilə gənc dostunu xüsusi amansızlıqla öldürdüyü üçün Mehmet Atsatanı ömürlük azadlıqdan məhrum edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.