Dünya

Gürcüstanın Baş Prokurorluğu Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürdü

27 Noyabr 2014 16:12
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq prezidentin bankir Sandro Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə bankir Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə ittihamlar irəli sürüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, prokurorluğun bəyanatında Saakaşvilinin S.Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir.

"İnsan haqları üzrə Avropa Məhkəməsinin tövsiyələri əsasında aparılmış araşdırma zamanı törədilmiş cinayətin sistem xarakterli olduğu müəyyən edilib", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən ay Gürcüstanın sabiq Baş naziri Vano Merabişvili S.Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə 3 il həbs cəzası alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.