Dünya

Orxan Zeynalov üçün azadlıq ümidi

27 Noyabr 2014 10:07
1 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Ali Məhkəməsi 17 il həbs cəzası almış Azərbaycan vətəndaşı Orxan Zeynalovun işinə baxacaq.

Milli.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Orxan Zeynalovun müdafiəsi ittihamı dayandırmağı və cinayət işinə xitam verilməsini tələb edir.

Qeyd edək ki, Orxan Zeynalov ötən il Moskvanın Biryulyovo rayonunda Moskva sakinini qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alıb.

İstintaq materiallarında qeyd olunub ki, 2013-cü il oktyabrın 10-da Orxan Zeynalov Yeqor Şerbakov adlı Moskva sakini ilə dalaşan zaman bıçaqla onu vurub. İstintaq prosesində o özünü müdafiə etdiyini bildirib. Sonradan isə ittihamları rədd edib.

Qətl hadisəsi Moskvanın Qərbi Biryulyovo rayonunda kütləvi aksiyaya səbəb olub. Rayon sakinləri miqrantların çalışdıqları bazanın bağlanmasını tələb ediblər. Hadisələr zamanı 400 nəfər saxlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.