Dünya

Çavuşoğlu: "Türkiyənin İŞİD sıralarına qoşulmuş 100-dən artıq vətəndaşı öldürülüb"

25 Noyabr 2014 11:01
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İŞİD terror təşkilatının sıralarına qoşulmuş yüzdən artıq Türkiyə vətəndaşı döyüşlər zamanı öldürülüb

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Bu barədə Trend çərşənbə axşamı "Kanal7" telekanalına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD sıralarına qoşulan Türkiyə vətəndaşlarının sayı 600-ə çatır.

Çavuşoğlu onu da bildirib ki, bu terror təşkilatı ilə mübarizə çərçivəsində 100 nəfər Türkiyədən deportasiya olunub, yeddi min nəfərin ölkəyə girişi qadağan edilib.

XİN rəhbərinin sözlərinə görə, İŞİD ilə mübarizə aparmaq istəyən ölkələr kəşfiyyat materiallarının mübadiləsi sahəsində Türkiyə ilə əməkdaşlıq etməlidirlər.

Bir müddət əvvəl ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirmişdi ki, Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqəyə görə 2 760 nəfər həbs olunub. Onun sözlərinə görə, həbs olunanların ümumi sayından 16 nəfər Türkiyə, 700 nəfər isə Suriya vətəndaşıdır.

Nazir həbs olunan digər 2044 nəfərin hansı ölkələrin vətəndaşı olduğu barədə məlumat verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.