Dünya

Dünyada yeni epidemiya başlanır?

25 Noyabr 2014 10:04
0 Şərh     Baxış: 1 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Madaqaskarda vəba xəstəliyindən ölənlərin sayı 47 nəfərə çatıb. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Madaqaskarda dəhşətli xəstəliyin yayılması ilə bağlı xəbər noyabr ayında yayılıb. Artıq 138 nəfərin vəbaya yoluxması ehtimalı var. Hökumət yaxın günlərdə ölənlərin sayının artacağını ehtimal edir. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı epidemiyadan 40 nəfərin öldüyünü bildirmişdi.

Madaqaskarın səhiyyə nazirliyinin məlumatına görə, epidemiya ölkənin paytaxtı Antananarivu şəhərinə də yayılıb. Burada 2 nəfər yoluxub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.