Dünya

ABŞ-da yeni iğtişaşlar başladı

25 Noyabr 2014 10:11
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Fergüsson şəhərində iğtişaşlar başlayıb. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, qəzəbli kütlə mağazaları soyur və yandırır.

Polis hadisələrə müdaxilə etmir. Kütlə isə daşlarla, dəyənəklərlə mağazaların vitrinlərini qırır, yanğınlar törədir.

Fergüsson şəhərinin məhkəməsində verilən qərar insanları qəzəbləndirib. Məhkəmə bir müddət əvvəl qaradərili yeniyetməni öldürən polis əməkdaşı Darren Uilsona bəraət verib. Yeniyetmənin güllələnməsi şəhərdə qarışıqlığa səbəb olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.