Dünya

Hülya Avşardan kürd siyasətçilərə sərt mesaj - FOTO

23 Noyabr 2014 15:48
0 Şərh     Baxış: 1 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, suriyalı qadınlara kürd dilində "mən kürd qızıyam" deyib

Hülya Avşar Suriyadan Türkiyəyə qaçan və çadırlarda yaşayan suriyalı qadınlara baş çəkərkən AKP və DBP partiyalarından olan qadınlara sərt mesaj göndərib.

Anspress-in məlumatına görə, Avşar AKP və DBP üzvləri olan qadınlara kürd dilində "siyasət yox" deyərək xəbərdarlıq edib. Siyasətçi qadınların görülən işlərin əhatəsi barədə mübahisə etdiklərini görən sənətçi deyib: "Buraya insani yardım üçün gəlmişik, siyasətə yox".

O, suriyalı qadınlara kürd dilində "mən kürd qızıyam" deyib və onlarla bir müddət söhbət edib. Ziyarət zamanı palçıqlı ayaqqabıları ilə çadırlardan birinə girmək istəyəndə ətrafdakıların qınağına tuş gəlib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.