Dünya

"Ərəb baharı"na sonra ilk prezident seçkiləri

23 Noyabr 2014 11:13
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunisdə inqılabından sonra ilk dəfə prezident seçkiləri keçirilir

Bu gün Tunisdə "ərəb baharı" inqılabından sonra ilk dəfə prezident seçkiləri keçirilir. Məlumata görə, prosesdə azı 25 namizəd iştirak edir. Namizədlər arasında siyasi çəkisi ilə fərqlənən nümayəndələr azdır.

Dövlət başçısı vəzifəsinə daha real namizəd kimi liberal "Nida Tunis" partiyasından Bəci Kaid Əssəbsi göstərilir. 87 yaşlı namizəd 2011-ci ilə qədər ölkənin baş naziri vəzifəsində çalışıb. Onun partiyası oktyabr ayında parlamentə keçirilən seçkilərdə də qalib gəlmişdi.

Yerli KİV-lər inqılabdan sonra prezident vəzifəsinə müvəqqəti təyin olunan Monsef Marzukini Əssəbsiyə qarşı ən ciddi rəqibi kimi görürülər.

Seçkilərdə namizədlərdən biri 50 faizlik səs həddini keçməzsə, dekabrda prosesin ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.