Dünya

Xəsarət alanların sayı 39-a çatdı

23 Noyabr 2014 09:14
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın Naqano prefekturasında 6,8 bal gücündə baş vermiş iki güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 39-a çatıb.

Məlumata görə, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, son məlumata görə, yaralıların əksəriyyəti Xakuba qəsəbəsinin sakinləridir. Telekanalın məlumatına görə, burada 7 bina uçub, 11 nəfər xəsarət alıb. Naqano şəhərində - 8, Omati şəhərində - 2, Otari şəhərində isə 2 nəfər xəsarət alıb.

Xilasedicilər ilk saatlarda 2 yaşlı uşaq daxil olmaqla 21 nəfəri uçqun altından sağ çıxarmağa müvəffəq olublar, 1000-dək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, dünən Naqano prefekturasında yerli vaxtla 22.08-də (Bakı vaxtı ilə 15.08-də) 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri prefekturanın şimalında, 10 km dərinlikdə qeydə alınıb. Hər iki zəlzələ Yaponiyanın 47 prefekturasından 27-də hiss olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.