Dünya

Sarkisyanı həbs edəcəklər?

22 Noyabr 2014 17:30
0 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan baş prokuroru Gevorq Kostanyan 1 mart 2008-ci il tarixdə həlak olmuş nümayişçilərlə bağlı cinayət işini yenidən qaldırmaq üçün sərəncam verib.

Anspress-in məlumatına görə, bu barədə Ermənistan baş prokurorluğu məlumat yayıb.

Ermənistan ordusu 1 mart 2008-ci il tarixdə prezident seçkilərinin nəticələrinə etiraz edən dinc nümayişə güllə atmışdı. Nəticədə, 10 nəfər həlak olmuşdu, yüzlərlə adam həbs olunmuşdu. Nümayiş qanla yatırıldıqdan sonra Serj Sarkisyan prezident kürsüsünə əyləşmişdi.

1 mart 2008-ci il tarixi Ermənistanın taleyində dönüş nöqtəsinə çevrilmişdi. "Qarabağ" klanının zülmünə dözə bilməyən yerli əhali birdəfəlik Ermənistanı tərk etməyə başlayıb. Son məlumatlara görə, Ermənistanın rəsmi əhalisi keçən 6 il ərzində 1 milyon azalıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.