Dünya

Şok: Ebola qanı oğurlandı - FOTO

22 Noyabr 2014 09:42
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qvineyada tragikomik olay yaşanıb. Ölkənin cənubundakı Hekedu vilayətindəki Kankan prefekturasının Kisiduqu şəhərinin yaxınlığında içində Ebola virusunun daşıyıcıları olan qan nümunələrinin olduğu mikroavtobusa hücum olub.

Yerli polisdən verilən məlumata görə, 13 nəfərdən ibarət olduğu təxminlənən dəstə yolla hərəkət edən mikroavtobusu qarət edərək Ebola virusuna yoluxmuş insanların qan nümunələrinin olduğu 135 hermetik konteyneri oğurlayıb.

Milli.Az Reuters-ə istinadən bildirir ki, polis quldurları arayır.
 

Qvineya Ebola virusunun ən geniş yayıldığı ölkələrdən biridir.
 

İlin əvvəlindən bəri Liberiya, Syerra-Leone və Qvineyada Ebola virusundan 5 mindən artıq insan ölüb.

Ekspertlərin dediklərinə görə, Ebola xəstələrinin qan nümunələrinin olduqları konteynerlərin oğurlanmasının səbəbi aydındır. Quldurlar bu nümunələrin paytaxta aparılmasını istəməyiblər, çünki qanında Ebola virusunun daşıyıcıları tapılan insan dərhal cəmiyyətdən tədric olunur, karantinə yerləşdirilir.
 

Afrikalılar isə bunu istəmir, müqavimət göstərirlər.
 

Bundan başqa, qan nümunələrinin terrorçular tərəfindən oğurlanması istisna deyil.
 

Polisin fikrincə, qarətçilər konteynerlərin yığıldığı qutularda pulların olduğunu düşünüblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.