Dünya

Tələbələrin sevimlisini zəhərləyib öldürdülər - FOTO

22 Noyabr 2014 11:48
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindəki universitetlərin birində tələbələrin genişmiqyaslı narazılığı başlanıb. Onlar Kasper adlı köpəyin zəhərlənərək öldürülməsindən hiddətləniblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Çinin şimal-qərbindəki Şensi vilayətinin Yanqin bölgəsindəki Sian şəhərində, "Northwest A&F University"də yaşanıb.
 

Kasper adlı sahibsiz köpək universitetin ərazisində dolaşır, aradabir də auditoriyalara girərək kətillərdə oturur və mühazirələri "dinləyirdi".

Köpək çox qısa zamanda sosial şəbəkələrdə populyarlaşmışdı.
 

Kasperin ən sevdiyi mühazirələr isə ingilis dili və ədəbiyyatının tədris olunduğu saatlardı.

Fəqət, universitet rəhbərliyi sahibsiz köpəyin tədris prosesinə mane olduğu qənaətinə gəlib. Bundan sonra universitetin mühafizə xidmətinin əməkdaşları köpəyə zəhərli ət verərək onu öldürüblər.
 

Kasperin zibil qutusuna atılmış leşinin fotoları sosial şəbəkələrdə yayılandan sonra tələbələr çılğına çevriliblər.

Çinin ən məşhur universitetlərindən birində yaşanan olayı kütləvi informasiya vasitələri də qətiyyətlə pisləyiblər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.