Dünya

Rusiya Prezidenti Administrasiyasının rəhbərinin oğlu Dubayda həlak oldu - FOTO

5 Noyabr 2014 14:53
1 Şərh     Baxış: 4 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanovun oğlu Aleksandr İvanov Birləşmiş Ərəb Əmirliklərində faciəvi şəkildə həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Aleksandr İvanov Rusiyanın nəhəng "Vneşekonombank"ının İdarə Heyəti sədrinin müavini idi. Ona yaxın mənbə "Forbes"a bildirib ki, hadisə noyabrın 3-də baş verib.

Kremlə yaxın mənbə məlumatı təsdiqləyib. Həmçinin "Dojd" telekanalının mənbələri də Prezident Administrasiyası rəhbərinin Dubayda həlak olduğunu təsdiqləyiblər.

"Vneşekonombank" isə bu gün rəsmi məlumat yayacağını bildirib.

Hadisənin şahidinə istinad edən daha bir mənbə "Forbes"a bildirib ki, hadisə zamanı İvanov azyaşlı oğlu ilə birlikdə dənizdə çimirmiş. Faciəyə nəyin səbəb olduğu aydın deyil.

"Dojd" telekanalı dəqiqləşdirib ki, Prezident Administrasiyası rəhbərinin oğlu dənizdə çimərkən boğulub. Şahidlər hadisə vaxtı dalğanın o qədər də yüksək olmadığını, A.İvanovun nədən boğulduğunu görə bilmədiklərini deyirlər.

Bildirilir ki, Sergey İvanovun oğlunun həlak olması ilə bağlı məlumat iki gündür sosial şəbəkələrdə dolaşırdı. Sosial şəbəkə istifadəçilərindən birinin yazdığına görə, Sergey İvanov Mərkəzi Ordu İdman Klubunun (ÇSKA) basketbol matçlarına getməyi xoşlayır və o, oğlunun ölüm xəbərini bu oyunlardan birini izləyərkən alıb.

Prezident Administrasiyasının rəhbəri oyunun yarısında xəbəri alaraq idman zalını tələsik tərk edib.

Aleksandr İvanovun 37 yaşı olub. O, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) və Rusiya Maliyyə Akademiyasının məzunudur. 2002-2006-cı illərdə "Vneştorqbank"da işləyib, daha sonra "Vneşekonombank"a keçib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.