Dünya

Terrrorçular 219 qızı zorla ərə verdilər - VİDEO

1 Noyabr 2014 11:16
3 Şərh     Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamçı "Boko Haram" terror qruplaşmasının lideri Əbubəkar Şekau yeni videomüraciət yayıb.
 

Terror təşkilatının liderinin dediyinə görə, "Boko Haram"ın bu ilin aprelində qaçırdıqları məktəbli qızlardan 219 nəfər İslamı qəbul edib və ərə verilib.

Milli.Az AFP-yə istinadən bildirir ki, Ə.Şekau deyib: "Bəyəm bilmirsiniz ki, Şibokada qaçırdığımız qızlardan 200-dən artığı İslamı qəbul edib? Onları ərə vermişik. Onlar indi ərlərinin evlərində yaşayırlar".
 

Şekau daha sonra söyləyib ki, Nigeriyanın hakimiyyət dairələri ilə oktyabrın 17-də atəşkəslə bağlı anlaşma barədə xəbərlər yalandır: "Bu məsələ barədə deyilənlər boş sözlərdir. Atəşkəslə bağlı danışıqlardan imtina edirik".
 

Bu ilin aprelində "Boko Haram" Şiboka şəhərində 276 məktəbli qızı qaçırmışdı. İndiyədək 57 məktəbli qız terrorçulardan qurtularaq ailələrinə qovuşa bilib.
 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.