Dünya

NATO separatçıları tanımayacaq

31 Oktyabr 2014 20:20
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfindən keçiriləcək seçkilər münaqişənin həlli istiqamətində göstərilən səyləri heçə endirəcək.

Milli.Az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq seçkilərin Ukrayna qanunlarını pozduğunu və Minsk razılaşmasına zidd olduğunu deyib.

"Rusiya rəsmiləri deyirlər ki, Moskva bu seçkiləri tanıyacaq. Bu isə Rusiyanın Ukraynada sabitliyi pozmaq cəhdlərini davam etdirdiyini sübut edir. NATO ölkələri bu qondarma seçkiləri tanımayacaq. Mən Rusiyanı münaqişənin sülh yolu ilə həllinə imkan verən Minsk razılaşmasının şərtlərinə hörmətlə yanaşmağa çağırıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, separatçılar noyabrın 2-də Donetsk və Luqanskda parlament seçkilərini keçirəcəklər.

Məlumatı APA yayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.