Dünya

Azərbaycanlı deputat Rusiyada zindana düşdü

31 Oktyabr 2014 19:53
1 Şərh     Baxış: 2 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Federasiyası Komi Respublikasının parlamentinin deputatı, "Uxtanefteqazgeologiya" ASC-nin baş direktoru Azərbaycan əsilli Akif Sayadov şirkətin əmlakını mənimsəməkdə və cinayətkar yolla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında şübhəli bilinir.

A.Sayadov geoloji kəşfiyyat işləri üçün avadanlıqların tədarükü və çatdırılmasına dair müqavilələrin bağlanması zamanı rəhbərlik etdiyi müəssisənin 42 milyon rublunu (1 milyon dollar civarında) mənimsəyib və sonra həmin vəsaiti leqallaşdırıb.

Bundan başqa, 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən A.Sayadovun göstərişi ilə hesabına əməkhaqqı köçürülüb. Baş direktor Azərbaycana ezamiyyət və ya məzuniyyətlə bağlı zəruri sənədləri rəsmiləşdirmədən gedib.

Ümumilikdə isə ona əsassız qaydada 1,2 milyondan artıq rubl ödənilib.

Deputat oktyabrın 27-dən istintaq təcridxanasında saxlanılır. Ona qarşı ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatı Trend TASS-a istinadən yayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.