Dünya

Ukraynanın yeni baş naziri bəlli oldu

31 Oktyabr 2014 19:17
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Poroşenko Ukraynanın yeni baş nazirinin adını açıqladı

Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynanın yeni baş naziri postuna irəli sürəcəyi namizədlə bağlı öz qərarını verib.

Milli.Az-ın məlumatına görə, "Pyotr Poroşenko" parlament fraksiyasının bugünkü toplantısında prezident öz silahdaşlarını hazırkı baş nazir Arseniy Yasenyukun namizədliyini müdafiə etməyə çağırıb.

Xatırladaq ki, ötən bazar ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Yasenyukun "Xalq Cəbhəsi" bloku qalib gəlib. Prezidentin seçki bloku isə cüzi fərqlə ondan sonra ikinci yeri tutub.

Ali Rada seçkilərdən sonrakı 10 gün ərzində koalisiyalı hökumət formalaşdırmalıdır.

Məlumatı musavat.com xarici KİV-ə istinadən yayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.