Dünya

Burkina Fasoda hərbi çevriliş oldu

31 Oktyabr 2014 18:04
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burkina Fasoda hərbçilər ölkə Prezidenti Blez Kompaorenin devrildiyini elan ediblər

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, ötən gün ölkənin paytaxtı Uaqaduquda kütləvi etiraz aksiyaları başlayıb. Buna səbəb B.Kompaorenin yenidən prezident seçilməsi üçün ölkə konstitusiyasını dəyişmək cəhdi olub.

Bu arada ordu generalı Onore Traore müvəqqəti hökumət yaradıb və ölkə parlamentinin buraxıldığını bəyan edib.

Qeyd edək ki, B.Kampaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.