Dünya

Ermənistan əhalisi azalmağa doğru gedir

31 Oktyabr 2014 16:10
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Ermənistan əhalisi cari ilin əvvəli ilə müqayisədə 3,2 min nəfər azalıb.

Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Statistika Xidmətinin hesabatında deyilir.

Oktyabrın 1-nə olan məlumata əsasən, Ermənistanın daimi əhalisinin sayı 3 013,9 min nəfər olub. Bunun 1 918,9 mini şəhərdə, 1 095 mini isə kənd yerlərində yaşayır.

Hesabatda qeyd edilir ki, Ermənistan əhalisinin sayının azalması mənfi miqrasiya saldosunun (13,6 min nəfər) əhalinin təbii artımını (10,4 min nəfər) üstələməsinə əsaslanır.

2014-cü ilin əvvəlinə olan məlumata görə, ölkənin daimi əhalisinin orta yaşı 35,7 təşkil edib. Kişilər arasında bu göstərici 34, qadınlar arasında isə 37,3 olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.