Dünya

Türkiyədə görünməmiş biabırçılıq

31 Oktyabr 2014 14:25
1 Şərh     Baxış: 1 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Ərzurum vilayətində görünməmiş biabırçılıq baş verib.

Anspress-in məlumatına görə, baqqal dükanında 9 yaşlı əlil oğlan uşağı zorlanıb.

Hadisə baqqal dükanında qeydə alınıb. Dükanın sahibi 56 yaşlı Qurbəddin Y. 9 yaşlı oğlan uşağını günün günorta çağında mağazada zorlayıb. Hadisə baş verən vaxt dükana bir qadın gəlib.

Hadisəni gözü ilə görən qadın polis çağırıb. O, ifadəsində bildirib ki, gördüklərini heç vaxt unutmayacaq.

"Həmin oğlanı tanıyıram. Qonşumuzdur. Ruhi xəstədir. İçəri girəndə, rəflərin arxasında üzü üstə uzanmışdı. Qurbəddin Y. də onun üstündə idi. Məni görən kimi qalxdı. 2-3 dəqiqə sonra onun arvadı gəldi. Mən olmasaydım, eyni mənzərəni o görəcəkdi. Mənim də görmə qabiliyyəti olmayan oğlum var. Onun da başına gələ bilərdi. Gördüklərimi heç zaman unutmayacağam", - deyə şikayətçi qadın bildirib.

Məhkəmədə çıxış edən Qurbəddin Y. ittihamları qəbul etməyib. O bildirib ki, deyilənlərin hamısı böhtandır.

"Dükanım yolun kənarındadır. Həm də mağaza dörd yandan şüşədir. Mən axmağam ki, elə iş görüm? Uşaq darıxdığı üçün mağazama çağırmışdım", - deyə baqqal özünə bəraət qazanmağa çalışıb.

Araşdırmalar zamanı uşağın həqiqətən də zorlandığı məlum olub.

Məhkəmədə onun üçün 16 il həbs cəzası istənilib. Məhkəmə bir aylıq ertələnib.

Faktla bağlı istintaq davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.