Dünya

Rusiyada 7 nəfər qəzada diri-diri yandı

31 Oktyabr 2014 10:53
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Gəlincik şəhərindəki avtomagistralda baş verən avtomobil qəzası nəticəsində 7 nəfər həlak olub

APA-nın "İnterfax"a istinadən xəbərinə görə, bu barədə Krasnodar diyarının hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə Kabardinka qəsəbəsində qeydə alınıb. "Toyota East" və "Honda Civic" markalı avtomobillərin toqquşmasından sonra onlardan biri alovlanıb. Nəticədə altı nəfər yerindəcə həlak olub, xəstəxanaya çatdırılan yaralılardan biri isə orada keçinib.

Olay yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri və texnikası cəlb olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.