Dünya

Con Kerridən sərt cavab gəldi

31 Oktyabr 2014 10:47
1 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Netanyahuya nəcis deyilməsi nə prezidentin, nə də mənim mövqeyimdir

Amerika Birləşmiş Ştatları ilə İsrail arasında münasibətlər böhran həddinə çatıb. Bir qədər əvvəl ABŞ hökumət nümayəndəsinin anonim şəkildə İsrailin baş naziri Benyamin Netanyahunu təhqir etməsi buna səbəb olub. Məlumata görə, anonim dövlət rəsmisi Netanyahunu "Bibi" ləqəbi ilə çağıraraq onun İrana qarşı qorxaq mövqe sərgilədiyini deyib və onu toyuq nəcisi adlandırıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri məsələyə sərt reaskiya verib. Kerri bu cür ifadələrin hökumətin imicinə ləkə gətirdiyini və qəbuledilməz hərəkət olduğunu deyib.

"Düşünürəm ki, biz məhsuldar şəkildə çalışmalıyıq. Bu cür ifadələri işlədən istənilən şəxsi tənqid edirik. Bu təhqiramiz sözlər nə prezidentin, nə də mənim İsrailə qarşı mövqeyimi əks etdirmir. Bu anonim şəxslər kimlərdir - bilmirəm, lakin İsrailə çətin günlərində göstərdiyimiz dəstəyə görə fəxr edirəm", - deyə Kerri qeyd edib.

Netanyahuya qarşı təhqiramiz ifadələr "Atlantik" qəzetində çap olunub. ABŞ rəsmisi məqalədə, eyni zamanda, İsrailin Yaxın Şərq siyasətini tənqid edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.