Dünya

Mədən faciəsində hamını ağladan mənzərə - VİDEO - FOTO

31 Oktyabr 2014 10:23
2 Şərh     Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ana qədər mədənə dolan 10 000 ton suyun təxliyyəsi hələ də mümkün olmayıb

Oktyabrın 28-də Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda baş vermiş mədən faciəsindən 3 gün ötür.

Anspress-in məlumatına görə, bu ana qədər mədənə dolan 10 000 ton (10 milyon litr) suyun təxliyyəsi hələ də mümkün olmayıb.

Mədəndə qalmış 18 fəhlənin taleyindən isə hələ də xəbər yoxdur.

Axtarış - xilasetmə işlərinin aparıldığı mədəndə bir fəhlə anasının cəhdləri isə görənlərin gözünü yaşla doldurdu. Yaşlı bir qadın mədəndən suyu təxliyyə edən su borusunun altını qazaraq suyun daha tez axmasını təmin etməyə çalışır. Ananın mədəndə qalmış övladı üçün bu cür çırpınması "Anadolu" agentliyi müxbirinin diqqətindən yayınmayıb.

Həmin fotonu və videonu oxuculara təqdim edirik:

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.