Dünya

Türkiyə XİN-ə şübhəli tozun olduğu bağlama daxil olub

30 Oktyabr 2014 17:59
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) içərisində şübhəli toz olan bağlama daxil olub

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, XİN bağlamanı aldıqdan sonra hadisə yerinə Fövqəladə halların qarşısının alınması və nəticələrinin ləğv edilməsi üzrə İdarənin (AFAD) əməkdaşları çağırılıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, ötən cümə günü Türkiyə hakimiyyəti bəyan etmişdi ki, İstanbuldakı Kanada, Belçika və Almaniya konsulluqlarının əməkdaşları sarı tozun olduğu bağlamaları aldıqdan sonra təxliyyə olunub. Müvafiq araşdırma aparıldıqdan sonra tozun toksik tərkibli olmadığı müəyyən edilmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.