İranın Xarici əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi BMT baş katibinin birinci müavini Yan Eliasson ilə görüşüb.
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, K.Xərrazi görüşdən sonra Y.Eliasson ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, görüşdə böyük güclərin səhvləri və onların nəticəsində regionda qeyri-sabitliyin yaranması, eləcə də İranın nəzər nöqtəsindən problemlərin həlli yollarını müzakirə etdik.
K.Xərrazi BMT nümayəndəsi ilə keçirilən görüşü müsbət qiymətləndirib və deyib ki, görüşdə regionda baş verən proseslər, İraq, Suriya, Livandakı vəziyyət, həmçinin BMT-nin dünya ictimaiyyətinin tələblərinə cavab verməsi kimi məsələlər də müzakirə olunub.
Mətbuat konfransında çıxış edən Y.Eliasson regionda baş verən problemlərin həlli üçün çalışmağın zəruriliyindən danışıb və bildirib ki, problemlərin həll yolu hərbi müdaxilələr deyil, siyasi danışıqlar olmalıdır. "Heç şübhəsiz, İraq və Suriyadakı proseslərin həlli hərbi yola deyil, siyasi yollarla olmalıdır".
O, İranın regionda təsiredici ölkə olduğunu vurğulayıb.
BMT baş katibinin birinci müavini Yan Eliasson oktyabrın 28-dən Tehranda səfərdədir. Səfər zamanı Y.Eliasson BMT-nin yaranmasının ildönümü münasibətilə Tehranda keçirilən mərasimlərdə iştirakı ilə yanaşı, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif, bu ölkənin Ali Liderinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti və digər rəsmilərlə də görüşüb.
Qeyd edək ki, İranın Xarici əlaqələr üzrə Strateji Şurası 2006-cı ildə ali lider Ayətullah Xameneyinin göstərişi ilə yaradılıb. Bu şuranın əsas vəzifəsi İslam Respublikasının xarici əlaqələrində strategiyaların və siyasətin müəyyənləşdirilməsidir.
Milli.Az
Dünya
İran rəsmisi: "Böyük güclərin səhvi regionda sabitsizlik yaradıb"
30 Oktyabr 2014 15:19
0 Şərh
Baxış: 754
DİGƏR XƏBƏRLƏR
- “Uşaqlarım ikinci əl paltarlarla böyüdülər” - FOTO
- Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
- İranda 11 yaşlı qız satıcı qadını öldürdü - Qəribə səbəb
- Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
- Rusiyadan İranla İsrailə çağırış
- Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı
XƏBƏR LENTİ
- “Uşaqlarım ikinci əl paltarlarla böyüdülər” - FOTO
- Ceyhun Sultanov: “Rəşad Sadıqov getsə, daha yaxşı olar”
- Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb
- Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
- İranda 11 yaşlı qız satıcı qadını öldürdü - Qəribə səbəb
- Xınalığa dolu düşdü
- “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib
- Gənc oğlanın üzərinə benzin tökərək yandırdığı qadının son durumu AÇIQLANDI - YENİLƏNİB
- Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşdi
- “Efirlərə çıxıb özlərinə kişi axtarırlar”
- G7 ölkələrinin XİN başçılarından Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlar
- “Qəbələ”də vida
- Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
- İdman və Biz: XƏBƏR - VİDEO
- Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
- Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
- Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə
- Gülay dəbdəbəli bağından VİDEO paylaşdı
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və "İpek” qablaşdıran yer aşkarlandı - FOTO
- "Çelsi" və "Mançester Siti" rusiyalı futbolçu ilə maraqlanır
- Rusiyadan İranla İsrailə çağırış
- Xalq artistlərinin HİND RƏQSİ - VİDEO
- “Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation) mükafatına layiq görüb