Dünya

Uşaqbaz keşiş özünü asdı

30 Oktyabr 2014 09:40
1 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Günahını etiraf edən Süardın işdən çıxarılması gözlənilirdi
İtaliyada illər əvvəl 13 yaşlı qıza təcavüz etdiyini açıqlayan keşiş bu etirafdan bir neçə gün sonra özünü asaraq intihar edib.

Anspress-in məlumatına görə, Triest şəhəri yaxınlığındakı "Santa Kroke"də vəzifəli olan 48 yaşlı Maks Süard 18 il əvvəl 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunurdu. Kilsədə davam edən istintaq çərçivəsində ötən şənbə günü günahını etiraf edən Süardın işdən çıxarılması gözlənilirdi.

Məlumata görə, Süard üzr məktubu yazmaq üçün kilsə heyətindən bir neçə gün vaxt istəyib. Ötən gün isə Süardın yepiskop Campaolo Krepaldi ilə görüşdən sonra tutduğu vəzifədən uzaqlaşdırılması gözlənilirdi. Görüş üçün kilsəyə gedən Krepaldi isə geyinmə otağında Süardın asılnış cəsədi ilə qarşılaşıb.

Kilsə açıqlama yayaraq istintaqın nəticələrini və Süardın etiraflarını ictimaiyyətlə paylaşıb.

Triest yepiskopluğu isə mühakimə olunaraq humanitar hərəkət nümayiş etdirmədən intihar edən Süarda görə təəssüfləndiyini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.