Dünya

İtləri parçalayır, doğrayır, yeyirlər - FOTO

30 Oktyabr 2014 09:59
1 Şərh     Baxış: 2 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu insanın günahsız köpəkləri vurub öldürməsinə, sonra da doğramasına heyrətlə, qorxu ilə tamaşa edirdim. Onun isə heç nə eyninə deyildi. İtləri başından dəyənəklə vurub öldürəndən sonra bu adam itləri içində qaynar su olan iri qazana atdı. Bir qədər keçdi, itlərin leşləri çıxarıldı və o adam əlindəki bıçaqla itlərin dərisini soydu, onları şaqqaladı, tikələrə böldü. Ağlasığmaz vəhşilik olsa da, Hanoyda adi hal sayılan faciədir".
 

İtlərin qida qismində istifadə olunmasına qarşı beynəlxalq "Save Dogs" kampaniyasına başlamış Saymon Perri Hanoydan belə yazıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, S.Perri Tailandda itlərdən "ət mənbəyi" qismində istifadə olunmasına qarşı çıxaraq "Save Dogs"a başlamış, az sonra kampaniyanı Riki Cerveys, Cudi Denç və s. məşhurlar dəstəkləmişdilər.
 

İndisə o, Vyetnamda it ətinin yeyilməsinə, köpəklərin öldürülməsinə son qoyulmasına çalışır.
 

Saymon Perrinin dediyinə görə, Hanoyda turistlər üçün nəzərdə tutulmuş restoranlardan tutmuş, adi yeməkxanalaradək ən müxtəlif iaşə məkanlarında it əti delikates kimi təqdim olunur. Vyetnamlıların fikrincə, it əti insan orqanizmi üçün xeyirdir.
 

Hanoyda it ətindən hazırlanan və turistlərə təklif olunan təamların orta qiyməti 45 dollardır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.