Dünya

İŞİD 30 tayfa başçısının başlarını kəsdi - FOTO

30 Oktyabr 2014 09:44
1 Şərh     Baxış: 2 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması İraqda paytaxt Bağdada doğru hərəkətini davam etdirir. Dünən Ənbər vilayətindəki Hit şəhərini ələ keçirən terrorçular burada yerli sünni tayfaların 30 liderini əsir alıblar.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, əsirlərin əl-qollarını bağlayandan sonra İŞİD təfkirçiləri onları Hitin mərkəzi küçəsindən keçirdiblər.
 

Əsirləri müşayiət edən terrorçular səsucaldanlar vasitəsilə deyiblər: "Bu şərəfsizlər Taqutun əsirləri, ləyaqətini itirmiş adamlar, Allaha şirk qoşaraq kafirləşən və mürtədlərə qulluq edən insanlardır. Onlar ümməyə, Qurana, İslama xəyanət ediblər".
 

Daha sonra Hitin əl Bəkir səmtinə, şəhər bələdiyyəsinin binasının qarşısına aparılan 30 lider yerə uzadılıb və onların hamısının başı kəsilib.

Bu şəxslər aylardan bəri Hit şəhərini ələ keçirməyə çalışan İŞİD terrorçularına qarşı vuruşan yerli sünni tayfaların liderləri idilər.
 

Edam edilmiş şəxslər İraqın Müdafiə və Daxili İşlər nazirlikləri ilə sıx əlaqədə idilər. Onlar dövlət qurumlarından silah, maliyyə və texnika alaraq Hitin müdafiəsini təşkil etmişdilər.
 

Fərat çayının sahilindəki Hit şəhəri Bağdaddan 85 km aralıda yerləşir və İraq paytaxtının ələ keçirilməsinə can atan İŞİD terrorçuları üçün əlahiddə əhəmiyyət kəsb edir.
 

Ənbər vilayətinin qubernatoru Sabah Kərhut dünya birliyini Hit şəhərindəki vəhşiliyə dərhal reaksiya verməyə, ABŞ və NATO-nu isə vilayətdə İŞİD-ə qarşı vuruşan sünni birləşmələrə yardım etməyə çağırıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.