Dünya

Ukrayna Ali Radasına seçkilər keçirilir - FOTO

26 Oktyabr 2014 13:10
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ukrayna Ali Radasına seçkilər keçirilir

APA-nın Ukraynanın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri saat 8-dən 20:00-a qədər fəaliyyət göstərəcək.

Ukraynada 36,5 milyon seçici kimi qeydiyyatdan keçib.

Ukrayna Ali Radasında 450 deputat yeri var. Deputatların yarısı majoritar, yarısı isə proporsional sistemlə seçilir. Partiyaların proporsional sistemlə mandat qazanması üçün ən az 5 faiz səs toplaması lazımdır.

Ölkə Prezidenti Petro Poroşenko bu seçkiləri "tarixi seçki" adlandırıb. O, ukraynalıları "gələcək və islahatlar naminə" seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyi səsvermə günü təhlükəsizliyin təmin olunması üçün 140 mindən çox polis və təhlükəsizlik əməkdaşının cəlb edildiyini bildirib.

Ukrayna Mərkəzi Seçki Komissiyası Rusiyayönümlü qüvvələrin nəzarətində olan Luqansk və Donetskidə seçkinin keçirilməsi imkanın olmadığını açıqlayıb. Donetskdə məcburi köçkünlərin yaşadıqları ərazidəki 12, Luqanskda isə 5 səyyar məntəqəyə bülleten göndərilsə də, orada seçkilərin baş tutub-tutmayacağı hələ sual altındadır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.