Dünya

Kanadada partlayış baş verib, beş nəfər yaraland

26 Oktyabr 2014 09:19
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kanadanın Sarniya şəhərində (Ontario əyaləti) Veolia Environmental Services Technical Solutions, şirkətinin sənaye müəssisəsində partlayış zamanı beş nəfər xəsarət alıb. Trend TASS agentliyinə istinadən bildirir ki, bu barədə VTV telekanalına xəbər verir.

Hadisə yerində yanğınsöndürənlər və xilasetmə komandaları işləyir. Hadisənin təfərrüatları və partlayışın səbəbləri hələlik açıqlanmır.
 

Veolia sənaye müəssisələrində təmizlik işlərinin aparılması üzrə xidmət göstərir, həmçinin adətən AES binalarının kimyəvi təmizlənməsini təklif edir.

Kanadada artıq bu həftə ərzində ikinci irimiqyaslı fövqəladə hadisədir. 1982-ci il təvəllüdlü, Kanada vətəndaşı Maykl Zexav-Bibo oktyabrın 22-də çərşənbə günü səhər Ottava şəhərinin mərkəzində üç nöqtədə atəş açıb: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.

Ölkənin baş naziri Stiven Harper bildirib ki, Kanada hərbi memorialın yanında təlimlə bağlı təhlükəsizlik xidmətinin səlahiyyətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.