Dünya

Azərbaycanlı milyarder qorxudan xəstələndi

25 Oktyabr 2014 19:29
0 Şərh     Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə 17 dekabr korrupsiya əməliyyatında şübhəli bilinən şəxslər istintaqa ifadə veriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, 4 keçmiş nazirlə bağlı sui-istifadə və rüşvət iddialarını araşdırmaq üçün qurulan Məclis İstintaq Komissiyası ilk olaraq Türkiyənin sabiq Daxili İşlər naziri Müammər Gülərin oğlu Barış Güləri ​​və Azərbaycan əsilli iş adamı Rza Zərrabı dinləyib.

Sözügedən şəxslər komissiyanın suallarına cavab verməyiblər.

Barış Gülər ifadəsində "söyləyəcək bir sözüm yoxdur" deyib. Xəstə olduğunu söyləyən Zərrab isə istintaqa ifadə verməyəcəyini bildirib.

Qeyd edək ki, 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra keçmiş nazirlər Müammər Gülər​​, Zəfər Çağlayan, Egemən Bağış və Ərdoğan Bayraqdar haqqında istintaq komissiyası qurulub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.