Dünya

Türkiyənin daxili işlər nazirini daşa tutdular

25 Oktyabr 2014 14:39
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şanlıurfa vilayətində ölkənin daxili işlər naziri Əfqan Ala hücuma məruz qalıb

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşa da hücum edilib.

Telekanalın məlumatına əsasən, naməlum insanlar Şanlıurfa vilayətinə gəlmiş dövlət nümayəndə heyətinə daş atıblar. Nümayəndə heyəti Suriyanın Kobani şəhərindən sayı 150 minə çatan qaçqınların həyat şəraiti ilə tanış olmaq üçün vilayətə gəlib.

Məlumata görə, nazir və baş nazirin müavini hücum nəticəsində xəsarət almayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.