Dünya

Hərbi posta hücum: 25 nəfər öldürüldü

25 Oktyabr 2014 11:52
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis hücumun cihadçı qruplaşma tərəfindən həyata keçirildiyini deyib

Misirin Sinay yarımadasında silahlı zorakılıq faktı qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, silahlı şəxs hərbi posta hücum edib. Hücum zamanı avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 25 hərbçi ölüb, onlarla təhlükəsizlik xidməti əməkdaşları yaralanıb.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis hücumun cihadçı qruplaşma tərəfindən həyata keçirildiyini deyib. Ölkə prezidenti Abdul Fəttah əl-Sisi Sinay yarımadaındakı vəziyyəti müzakirə məqsədilə milli təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb.

Bir qədər əvvəl cihadçılar İsrail sərhədlərinə raketdən atəş açmışdılar. Nəticədə iki israilli əsgər yaralanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.