Dünya

İŞİD Türkiyəyə keçdi - FOTO

25 Oktyabr 2014 11:14
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın şimalındakı Kobani şəhərini ələ keçirmək üçün yerli kürdlərlə amansız döyüşləri davam etdirir.
 

Milli.Az DHA-ya istinadən bildirir ki, dünən İŞİD-in 4 avtomobili Suriyadan Türkiyəyə qaçmış kürdlərin maşınlarını atdıqları yerə daxil olublar. Onlar Suriya-Türkiyə sərhədindəki tikanlı məftilləri kəsiblər və maşınlarla Türkiyə ərazisinə keçiblər. Sərhəddəki türk əsgərlər havaya xəbərdarlıq atəşi açsalar da, İŞİD-in maşınları dayanmayıb. Türkiyə Silahlı Qüvvələrinin "Akrep" zirehli avtomobilləri ilə təqib olunan maşınlar Suruc şəhərinə yönələrək aradan çıxıblar.
 

Hazırda İŞİD-çilərin axtarışı davam edir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.