Dünya

İsrail əsgəri yenə qan tökdü

25 Oktyabr 2014 12:53
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail əsgəri qarşıdurma zamanı fələstinli bir gənci öldürüb

Qərbi Şəriyədə İsrail hərbçiləri fələstinli bir gənci öldürüblər.

Anspress-in məlumatına görə, Qərbi Şəriyədə İsrail əsgərlərinin açdığı atəş fələstinli bir gəncin həyatına son qoyub.

Ramallah xəstəxanasının müdiri Səmir Saliba "Anadolu" agentliyinə verdiyi açıqlamada 24 yaşlı fələstinli Urvə Hamadın başından aldığı güllə yarası nəticəsində öldüyü bildirilir.

Ramallahın şərqindəki Silvad bölgəsində basqın həyata keçirən İsrail əsgərləri fələstinli gənclərin etirazı ilə üzləşiblər.

Qarşıdurma zamanı israillilər həqiqi mərmi və gözyaşardıcı qazdan istifadə ediblər. Hamadın da elə bu zaman başından güllə yarası aldığı qeyd edilir.

İsrail tərəfi hələ ki, baş verən hadisə ilə bağlı hər hansısa bir açıqlama verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.