Dünya

Manyak polisləri baltaladı - VİDEO

25 Oktyabr 2014 11:25
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polislər bu şəxsdən qorunmaq üçün ona atəş açmalı olublar

Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir manyak polis tərəfindən öldürülüb.

Anspress-in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində patrul xidməti həyata keçirən bir qrup polis kapüşonlu bir manyakın hücumuna məruz qalıb. Kuinsdə işlək bir prospektdə baş verən hadisə zamanı həmin şəxs əlində balta ilə polislərin üzərinə hücum çəkib. Gözlənilməz hücum iki polisin yaralanmasına səbəb olub. Digər polislər isə onu dayandırmaq üçün atəş açmaq məcburiyyətində qalıblar.

Xəstəxanaya çatdırılan polislərdən birinin başından zərbə aldığı üçün vəziyyətinin ağır olduğu qeyd edilir. Hadisə ərazidəki təhlükəsizlik kameralarından birinə düşüb.

Hücumun səbəbi barədə hələ ki, araşdırma aparılır. Hüquq-mühafizə orqanları onun terror qruplaşmaları ilə hər hansısa bir əlaqəsi olub-olmamasını da öyrənməyə çalışır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.