Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun daha bir yaralı hərbçisi xəstəxanadan çıxarılıb.
Modern.az saytının məlumatına görə, bu, qarın nahiyəsindən ağır güllə yarası almış 23 yaşlı gizir Elvin Əsgərovdur. Elvin xəstəxanadan buraxılsa da, onun Azərbaycana nə vaxt qayıdacağı dəqiqləşməyib. Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicəsini başa vuran Elvin Əsgərov hazırda qardaş ölkənin paytaxtında reabilitasiya kursu keçir.
Elvin Əsgərov bu il iyulun 31-də gecə saatlarında cəbhənin Goranboy istiqamətindəki döyüşlərdə ağır yaralanıb. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi Goranboyda müddətdən artıq hərbi xidmət keçirdi.
E.Əsgərov Sabirabad rayonunun Güdəzühür kəndindəndir. Hərbçimiz müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir.
Azərbaycanın 3 yaralı hərbçisi müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılıb. Əsgərlərimiz Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.
Elvindən öncə hər iki ayağı amputasiya edilən 19 yaşlı əsgər Sərxan Tahirzadə də xəstəxanadan çıxarılıb. Həkimlər onun ayaqlarına protez qoyublar və Sərxan artıq sərbəst yeriyə bilir. O da hazırda Ankarada TİKA-nın dəstəyi sayəsində reabilitasiya kursu keçir.
Ankarada müalicə olunan üçüncü əsgərimiz bir gözünü itirmiş Ədalət Məmmədovdur. Onun da səhhəti qaydasına düşüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Çiyələk bu xəstəliyin qarşısını alır
- İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər
- Əli Mirəliyev ÖZÜNDƏN ÇIXDI: “Nakişilər!”
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir - CANLI
- Hərbi Dəniz Qüvvələri və FHN Xəzər dənizində birgə təlimlərə başlayıb - FOTO
- Bu səhvlər bürclərin həyatını məhv edir
- Bu müəllimlərin NƏZƏRİNƏ!
- Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir
- Cövdət Şükürov yenidən boşanır
- Nigarın dekolteli geyimi GÖZ OXŞADI - VİDEO
- “Təhsil haqqında” qanuna dəyişiklik edildi
- Laçında otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə konfrans başlayıb
- Prezident Allahverən İsmayılovu təltif etdi
- Vüqar Kərəmov azadlığa buraxıldı
- Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
- Xalq artisti: "Mənə baxmayan yeganə kişi ilə evləndim"
- Evlənmə günü ailə həyatına inanılmaz dərəcədə təsir edir
- “Zirə” Qəbələ səfərində, Bakıda Azərbaycan derbisi
- AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
- Qadını benzinlə yandırdığı deyilən gənc bu məmurun oğlu imiş
- "Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
- Bakıda məktəbdə yanğın - VİDEO
- İlber Ortaylıdan üzücü xəbər