Dünya

Ermənistanda ara qarışdı

25 Oktyabr 2014 09:05
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İrəvanda minlərlə müxalifət tərəfdarı yürüş keçirib.

APA-nın "NEWS.am"a istinadən verdiyi xəbərə görə, yürüşə parlamentdəki müxalifət üçlüyünün ("Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs") liderləri rəhbərlik edib.
 
Məlumata görə, yürüş başladıqdan az sonra partiya liderləri aksiyanı tərk ediblər. Lakin mitinq sonadək davam edib.
 
Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan aksiyadakı çıxışında bildirib ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi prosesinə dair qərar verilib: "Biz bu prosesi uzatmaq niyyətində deyilik, heç kim lənglik nümayiş etdirməyəcək", - deyə Zurabyan qeyd edib. O, gələcəkdə oturaq etiraz aksiyalarının keçiriləcəyini vurğulayıb.
 
"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə çıxışında Ermənistana yeni keyfiyyətə malik hakimiyyətin lazım olduğunu bildirib, Sarkisyan hakimiyyətinin əleyhinə fikirlər səsləndirib: "Ölkə və xalq acınacaqlı vəziyyətdədir, hakimiyyətin yürütdüyü siyasət nəticəsində əhalinin ölkəni tərk etməsi getdikcə artır. Xarici siyasətdə də uçurumlar müşahidə olunur. Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur və biz vəziyyəti dəyişməliyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.