Dünya

Milyarderdən Barak Obamaya istefa çağırışı

24 Oktyabr 2014 19:48
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ Prezidenti Barak Obama Amerika xalqı qarşısında üzr istəməli və istefaya getməlidir"

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ-ın ən varlı adamlarından biri, milyarder Donald Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində çıxış edib.

D.Tramp yazıb: "Əgər bir həkim Ebola virusunun olduğu Qərbi Afrikadan Nyu Yorka düşünmədən gəlibsə, onda Obama Amerika xalqı qarşısında üzr istəməli və istefaya getməlidir".

Belə bir bəyanata səbəb Ebola virusu simptomlarına malik xəstənin Nyu Yorkda xəstəxanaya yerləşdirilməsi barədə xəbər olub. Söhbət "Sərhədsiz həkimlər" təşkilatı çərçivəsində Ebola virusu ilə mübarizə apardığı Qvineyadan qayıdan 33 yaşlı Kreyq Spenserdən gedir.

Milyarderin fikrincə, hər şeydən əvvəl baş verənlərə günahkar ABŞ Prezidentidir.

Bundan əvvəl D.Tramp ABŞ Prezidentini yürütdüyü siyasətə və "Ebola" virusunun yayılması ətrafındakı vəziyyətə görə dəfələrlə tənqid edib. O, hətta B.Obamanın psixi sağlamlığına şübhə etdiyini deyib.

İndiyədək ABŞ-da Ebola virusundan liberiyalı Tomas Dunkan vəfat edib. Onun müalicəsi zamanı tibb bacılarından biri virusa yoluxub.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.