Dünya

İran terrorizmlə mübarizədə Ərəbistan, Türkiyə və Misirlə əməkdaşlığa hazırdır

24 Oktyabr 2014 15:38
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İran terrorizm və ifratçılıqla mübarizədə Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər region ölkələri ilə istənilən əməkdaşlığa hazırdır. Bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib.

Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verir.

H.Əmirabdullahian bildirib ki, regionun aparıcı dövlətləri bölgədə baş verən vəziyyəti dərk etməli və bu təhlükəli məqamda problemlərin həlli üçün konstruktiv və təsiredici rol oynamalıdırlar.

Onun sözlərinə görə, İran şiələrə, sünnilərə və məsihilərə qarşı yönəlmiş terror və ifratçılıqla mübarizədə İraq, Suriya, Livan, Yəmən və digər region ölkələrini dəstəkləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.