Dünya

Ottavanın mərkəzində atəş açanın bioqrafiyası

24 Oktyabr 2014 15:34
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çərşənbə günü Ottavanın mərkəzində odlu silahdan atəş açan Kanadanın Kvebek vilayətinin sakini Mişel Zihaf-Bibo hələ bir neçə il əvvəl məhkəmədən davranışını islah etmək və narkotik asılılığından xilas olmaq üçün onu həbsxanaya qaytarmasını xahiş edib.

Trend xəbər verir ki, bu barədə İnterfaks Kanadanın CBC teleradio korporasiyasına istinadən məlumat verib.

2011-ci ildə onun məhkəməsi çərçivəsində aparılan psixiatrik müayinədə deyilir: "O, özünün keçmişdə törətdiyi səhvlərinin əvəzini ödəmək üçün həbsdə oturmalı olduğuna inanır və nəhayət nə vaxtsa buraxılanda daha yaxşı adam olacağına ümid edir".

O özü istintaqda deyib: "Mən narkomanam və eyni zamanda dindar adamam. Mən bir il azadlığı və yaxşı olanları qurban vermək istəyirəm, çünki azadlığa çıxanda mən həyatı daha çox qiymətləndirəcək və daha təmiz olacağam".

Psixiatrik ekspertiza sənədində deyildiyi kimi, Zihaf-Bibo hesab edir ki, narkotik asılılıqdan xilas olmağın yeganə yolu həbsxanaya düşməkdir. O, həmçinin bəyan edib ki, həbsxanadan çıxmaq istəmir, çünki yenidən müttəhimlər kürsüsündə oturacaq.

Nəticədə o, Kvebekdə soyğunçuluq törətməkdə ittiham olunub.

Əvvəllər Zihaf-Bibo Kanadanın Britaniya Kolumbiyası vilayətində səfil həyat tərzi sürüb. Təxminən on il əvvəl o, islamı qəbul edib. KİV yazır ki, onun atası kvebekli iş adamı Bulkasem Zihaf, ehtimal ki, 2011-ci ildə Liviyada üsyançıların tərəfində döyüşlərdə iştirak edib.

Oktyabrın 22-də Zihaf-Bibo Ottavada hərbi qaravulun keşikçilərinə, daha sonra isə Kanada parlamentinin binasına atəş açıb. Atışma zamanı polis parlamentin daxilində hücum edəni güllələyib. Şahidlərin sözlərinə görə, 30-a yaxın atəş açılıb. Atışmada qaravulun əsgəri həlak olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.