Dünya

İŞİD-i "mərhələli" məhvetmə planı

24 Oktyabr 2014 19:57
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əl-Aləm telekanalı məlumat yayıb ki, İŞİD qanunsuz neft satışlarından hər gün 1 milyon dollar gəlir əldə edir. Bununla da terrorçu təşkilatlar arasında İŞİD ən varlı qruplaşmaya çevrilib. Bu məlumatı telekanal ABŞ rəsmilərinə istinadən xəbər verir. Eyni zamanda ABŞ rəsmiləri terrorçularla mərhələli şəkildə mübarizə aparacaqlarını qeyd edirlər.

Bu xəbərə iki maraqlı məqam var ki, hər ikisi bir-biri ilə sıx əlaqədardır. İŞİD-in qanunsuz olaraq neft satmasını təsdiqləyən ABŞ rəsmiləri bu nefti kimin aldığını açıqlamır. Qəribədir ki, hər gün üçün 1 milyon dollar dəyərində satılan neft iynə deyil ki, gözəgörünməz olsun. Deməli bu nefti alanların və ya İŞİD-dən hədiyyə olaraq qəbul edənlərin kimliyi əslində bəllidir. İŞİD üçün "səhv" ucbatından hədiyyə edilən silah-sursat, ərzaq və dərman vasitələrinin əvəzi yəqin ki, bu yolla alınır.

İkinci məqam isə ABŞ tərəfinin mübarizədə "mərhələli" həll yolu seçməsidir. Yəni, dolayısı ilə bu proses hələ uzun çəkəcək və hər gün üçün 1 milyon dollar dəyərində neft İraqdan çıxarılacaq. Bu isə qısa müddət ərzində külli miqdarda vəsait deməkdir. Görünən odur ki, İŞİD planının artıq iqtisadi mərhələsi başlayıb və terrorçu təşkilatı yaradanlar bundan öz gəlirlərini götürmək niyyətindədirlər.

P.S. ABŞ-ın və digər qərb dövlətlərinin bir müddət sonra Əl-Qaidə, Taliban kimi İŞİD-də sıradan çıxaracağı bəllidir. Lakin bu müddət ərzində 2003-cü ildə İraq Səddam rejimi devirərək təbii sərvətləri ələ keçirən qüvvələr təzəcə dirçəlməkdə olan xalqın uzun illər yenidən əzab çəkməsinə səbəb olacaqlar.

İslam.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.