Dünya

Amerikalıların səhvlərinin cavabını kim verəcək?

24 Oktyabr 2014 21:55
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İŞİD terror təşkilatı ABŞ-ın onların ərazisinə düşən silah və tibbi ləvazimatları məhv etdiklərinə dair yayılan xəbərləri video ilə təkzib etdi.

Yayılan məlumatlara görə, hücumda dünən silah və tibbi ləvazimatların İŞİD-in nəzarətindəki bölgəyə düşən yardım paketi də məhv edilib. Əks halda, paket terror təşkilatının əlinə keçəcəkdi.

Lakin İŞİD terror təşkilatı bir neçə saat öncə "Youtube" videopaylaşım saytına yüklədikləri bir video ilə ABŞ-ın onların ərazisinə düşən silah və tibbi ləvazimatları məhv etdiklərinə dair yayılan xəbərləri təkzib edib. Videoda paraşütə bərkidilmiş böyük bir karqo paketi və içində silah-sursatlar olan taxta qutular görünür.

Burada maraqlı məqamlar var. Bu günə qədər istər Əfqanıstan, istər İraq və digər müharibələrdə ABŞ ordusunun bu kimi "səhvləri" baş verir. Məsələn, qırıcılar "səhvən" günahsız insanları bombalayır, yaxud silahlar qarşı tərəfə "səhvən" keçir.

Hələ ABŞ ordusu İŞİD-ə müdaxilə etməzdən öncə mətbuatda belə bir fikir yayılmışdı ki, hücum olarsa silahar, yardımlar "səhvən" İŞİD-ə veriləcək. Bununla da terrorçulara dolayısıyla yardım olacaq. İndi oxuduğumuz xəbərdə bu öz təsdiqini tapır.

Lakin burada başqa bir maraqlı nüans var. Bu vaxta qədər ABŞ ordusunda edilən "səhvlərə" görə, heç kim məsuliyyətə cəlb edilməyib. Yəni bir dəfə də olsa "bu səhvə görə filan əsgər cəzalandı" məsələsi gündəmə gəlməyib.

P.S. Amma bu səhvlər yüzlərlə günahsız insanın ölümünə səbəb olur. Yəqin ki, bu "demokratiya" tərəfdarı olan ABŞ rəsmilərini hər zaman dedikləri kimi yalnız "təəssüfləndirir."

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.