Dünya

Yaponiya geri çəkildi: ən qeyri-adi qanuna düzəliş edildi

24 Oktyabr 2014 11:15
1 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiya Nazirlər Kabineti ölkədə qüvvədə olan ən qeyri-adi qanunlardan birində düzəliş edilməsi barədə qərar qəbul edib. Həmin qanun gecə saatlarında klublarda rəqs etməyi qadağan edirdi. Bunu hökumət nümayəndələri bəyan ediblər.

Bu barədə Trend TASS agentliyinə istinadən xəbər yayıb.

Qeyd edək ki, gecə klublarında rəqsləri tənzimləyən qanun müharibədən sonrakı xarabalıq və yoxsulluq şəraitinin hökm sürdüyü 1940-cı illərin sonlarında qüvvəyə minib. O dövrdə rəqs zalları tez-tez fahişəliklə məşğul olmaq üçün meydança rolunda çıxış edirdi. Bu qanuna görə, rəqs meydançasını gecə yarısından sonra açıq saxlayan klubların rəhbərliyi xüsusi "böyüklər üçün müəssisə" lisenziyası almalı olurdular ki, öz növbəsində, onlara bir sıra əlavə məhdudiyyətlər qoyulurdu. Qalan klublara isə bütün ziyarətçiləri çıxarmaq və gecə yarısı bağlanmaq barədə göstəriş verilirdi.

Yeni qaydaya görə, gecə klubları xüsusi lisenziya olmadan da öz işlərini davam etdirə bilərlər, lakin bir şərtlə ki, zallarda işıqlandırılma minimal səviyyədə saxlanılsın. Gözlənildiyi kimi, qanuna düzəliş bu ilin payızında Yaponiya parlamentinin aşağı palatasında bəyəniləcək.

Gecə saatlarında rəqsə qadağa qoyulması artıq çoxdan Yaponiya ictimaiyyəti tərəfindən sərt tənqidlərə məruz qalır. Əksər klubların sahibləri sadəcə olaraq onu saymır, polis isə çox vaxt buna göz yummağa üstünlük verir. Buna baxmayaraq, bəzən bununla bağlı baş verən qalmaqallı məhkəmə prosesləri Yaponiya parlamentinin deputatlarının diqqətini cəlb edib və onlar rəqslərə qoyulan qadağanın xüsusilə 2020-ci il Yay Olimpiya Oyunları ərəfəsində Yaponiyanın nüfuzuna xələl gətirəcəyindən ehtiyatlanıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.