Dünya

Polşada yaşayış binası partladı: ölənlər və yaralılar var

24 Oktyabr 2014 10:27
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə Polşanın Katovitse şəhərində baş verib

Polşanın Katovitse şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ailə faciəsinə səbəb olub.

Anspress-in məlumatına, şəhərin Şopen küçəsində yerləşən binalardan birində baş verən qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü ölüb. Bu baradə yerli xilasetmə qrupları tərəfindən xəbər verilib.

Partlayış zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir. Başqa 10 nəfər isə xilasedicilər tərəfindən təxliyyə edilib.

Polis hələ ki, ölənlərin kimliyi üzərində araşdırma aparır. Bəzi mənbələrdə isə ölənlərin ölkədəki televiziya əməkdaşlarından birinin ailəsi olduğu deyilir.

Hadisə yerində yanğınsöndürənlər xilasetmə əməliyyatını davam etdirirlər və onlar əmin olmaq istəyirlər ki, binada başqa heç kəs yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.