Dünya

ABŞ-da növbəti təhlükə

24 Oktyabr 2014 09:26
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə daha bir ölümcül virus daşıyıcısı müəyyən edilib

Amerika Birləşmiş Ştatlarında (ABŞ) daha bir Ebola şübhəlisi aşkarlanıb.

Anspress-in məlumatına görə, Sərhəd Tanımayan Həkimlər Təşkilatı ilə birlikdə Ebola xəstələrinin müalicəsi üçün Qvineyaya yollanan və oktyabrın 14-də Nyu-Yorka qayıdan həkim Kreyq Spensr virusa yoluxma şübhəsilə xəstəxanaya aparılıb.

İlkin müayinələrdən həkimin Ebola daşıyıcısı olduğu aşkar edilib. Virus daşıyıcısının qurbanı olan həkimin Harlemdəki evinə möhür vurulub və yaşadığı küçədəki sakinlərə xəstəlik barədə məlumatlar yazılan broşürlər paylanılıb.

Hazırda onun başqa insanlarla təmasda olub-olmadığını araşdırırlar.

Qeyd edək ki, Kolumbiya Universiteti Tibb mərkəzində işləyən 33 yaşlı Kreyq Spensr Nyu-Yorkda Ebola xəstəsi çıxan 4-cü şəxs olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.