Dünya

İŞİD-in gündəlik neft gəliri açıqlandı

24 Oktyabr 2014 09:16
1 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD ən güclü maliyyələşən terror təşkilatıdır

ABŞ Maliyyə Nazirliyi müşaviri Devid Koen İŞİD-in Suriya və İraqda ələ keçirdiyi zavodlarda neft satışından gündə 1 milyon dollar gəlir əldə etdiyini bildirib.

Anspress-in məlumatına görə, Koen neft qaçaqçılığının yeni bir şey olmadığını ancaq bu vəziyyətin neftin terrorçu bir təşkilat tərəfindən satıldığı üçün keçmişdəkilərdən fərqli olduğunu vurğuladı.

İŞİD ilə neft alveri edən hər bir adamın terrorçu qruplaşmaya maliyyə dəstəyi etmiş olduğunu bildirən Devid Koen: "Keçmişdə neftin haradan gəldiyi görməzlikdən gəlinirdi, amma indi vəziyyət elə deyil. Qaçaq neftə pul verənlər İŞİD-i bəsləmiş olurlar", - dedi.

Ağ Evdə İŞİD-ə pul axışı mövzusunda jurnalistlərin suallarını cavablayan Koen terror təşkilatının Suriya və İraqdakı zavodları təmin neftin satışından milyonlarla dollar gəlir əldə etdiyini ifadə etdi. İŞİD ilə mübarizənin hərbi yolların yanında maliyyə axınının tıxanması ilə müvəffəqiyyətə çatmağın mümkünlüyünü deyən Koen, İŞİD-in beynəlxalq maliyyə sektoruna girməsinin maneə törədilməsinin əhəmiyyətini vurğuladı. Neft gəlirlərindən əlavə İŞİD-in İraq və Suriyada ələ keçirdiyi banklar vasitəsilə beynəlxalq maliyyə sektoruna sızmağa çalışdığını qeyd edən Koen qruplaşmanın ən yaxşı maliyyələşdirilən terrorist təşkilatlardan biri olduğunu bildirib.

IŞİD-in diqqətə çarpan maliyyə qaynaqlarından birinin də qaçırdığı insanlara ödənilən fidyə olduğunu vurğulayan Koen, fidyə ödənişinin daha çox insan qaçırma nəticəsinə gətirib çıxardığını ifadə etdi. Koen "IŞİD bu il fidyələrdən ən az 20 milyon dollar qazanıb. ABŞ-ın terror təşkilatlarına fidyə ödəməmək mövzusundakı qəti qərarı, heç də ürəksizliyindən deyil, fidyə ödəyərək daha çox amerikalıların girov alınmasının qarşısını almaq üçündür", - deyə Koen bildirib.

Koen digər ölkələri də İŞİD-ə fidyə ödəməməyə çağırıb.

İŞİD-in ələ keçirdiyi yerlərdə yaşayanlara ictimai xidməti təqdim etmə cəhdləri olduğunu izah edən Koen terror təşkilatının özünü əsl dövlət kimi göstərmə səyində olduğuna diqqət çəkib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.