Dünya

Obamanın iqamətgahına hücum edən şəxs tutuldu

23 Oktyabr 2014 21:04
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dominik Adesanyanın atası oğlunun paranoyadan əziyyət çəkdiyini deyib

Bu gün Ağ Evin hasarını aşan 23 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Anspress-in məlumatına görə, prezident sarayı bağlanıb. Bu insident sentyabr ayından bəri artıq ikinci təhlükəsizlik pozuntusudur.

Məxfi Xidmətin mətbuat katibi Dominik Adesanyanın təhlükəszilik işçiləri və xüsusi itlər tərəfindən tutulduqdan sonra həbs olunduğunu açıqlayıb. Adesanya Merilənd ştatının sakinidir.

Verilən məlumata görə, Ağ Evə daxil olmağa çalışan şəxs itləri vurub. Adesanyanın atası yerli televiziyaya verdiyi məlumatda oğlunun paranoyadan əziyyət çəkdiyini və müşaidə altında olduğunu bildirib.

Faktla bağlı, hələ ki, heç bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, keçən ay baş vermiş oxşar hadisə zamanı 42 yaşlı hərbi veteran Ömər Qonzalez saxlanılmadan öncə üstündə bıçaqla çəmənlikdə qaçaraq Ağ Evə daxil olmuşdu.

Qonzalezin maşınında 800-dən artıq patron, iki balta və bir tüfəng tapılmışdı. Qonzalez xüsusi xidmət agentlərinə hücum etməkdə, müqavimət göstərməkdə və maneə törətməkdə ittiham olunur.

Misli görünməmiş insident Konqresdə dinləməyə və Məxfi Xidmətin direktorunun istefasına səbəb olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.