Dünya

Yunan Kiprinin prezidenti Brüsseldə xəstəxanaya yerləşdirildi

23 Oktyabr 2014 15:20
0 Şərh     Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa İttiafqının zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedən Kipr Prezidenti Nikos Anastasiadis orada xəstəxanaya yerləşdirilib. Bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis məlumat verib. Trend xəbəri TASS-a iştinadən yayır.

Onun yaydığı bəyanatda bildirilir ki, Anastasiadis səhhəti ilə əlaqədar iclaslarda iştirak edə bilməyib, lakin öz çıxışının mətnini yazılı şəkildə göndərib.

68 yaşlı dövlət başçısı qan təzyiqinin yüksəlməsi səbəbindən yaranan uzunmüddətli burun qanaxması ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Xristodulidisin sözlərinə görə, Prezident iki gün ərzində xəstəxanada qalmalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.