Dünya

"Total" prezidentinin ölümündə şübhəli bilinən sürücü həbs edildi

23 Oktyabr 2014 15:04
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvanın Basman məhkəməsi Fransanın "Total" şirkətinin prezidentinin təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkonun həbsinə icazə verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti məhkəmə zalından xəbər verir.

Qeyd edək ki, oktyabrın 20-dən 21-nə keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - şirkətin prezidenti Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.